"İpsviç" "Frayburq"un hücumçusu Derri Şerhantın transferi üçün ciddi cəhd göstərir. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

23 yaşlı futbolçu əsasən sol cinahda çıxış etsə də, hücumun mərkəzində və sağ cinahda da oynaya bilir. İngiltərə klubu almaniyalı futbolçunu transfer etmək üçün ciddi cəhd göstərir.

"Frayburq" isə Şerhantı satmağa tələsmir. Baş məşqçi Yulian Şuster növbəti mövsüm üçün futbolçunun xidmətindən yararlanmağı planlaşdırır. Klub onun transfer qiymətini 17,5 milyon avro müəyyənləşdirib.

Qeyd edək ki, Şerhant ötən yay "Herta"dan 2 milyon avroya "Frayburq"a keçib. Futbolçunun özü isə İngiltərəyə köçmək variantına müsbət yanaşır. "İpsviç"in transfer üçün tələb olunan məbləği ödəyib-ödəməyəcəyi yaxın həftələrdə bəlli olacaq.