"LANDAU Lions" basketbol klubu heyətini daha bir legionerlə gücləndirib. Sport24.az xəbər verir ki, ölkəmizdə daha əvvəl "Naxçıvan" və "Xəzri" klublarında çıxış etmiş Cordan Perkins yeni mövsümdə "LANDAU Lions"un formasını geyinəcək.
27 yaşlı ABŞ-li oyunqurucu 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında assist lideri olması ilə yadda qalıb.
Bununla da "LANDAU Lions"un yeni mövsüm üçün heyətinə cəlb etdiyi legionerlərin sayı 2-yə çatıb. Bakı təmsilçisi bundan əvvəl Edvard Polaytla müqavilə imzalayıb.
Klub, həmçinin Orelik Gediminas, Ceyms Freyzer və De Ondre Ceksonla müqavilələrin müddətini uzadıb.