"LANDAU Lions" basketbol klubu Litva və ABŞ vətəndaşlığı olan Arnas Sakenisi heyətinə cəlb edib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, 215 sm boya malik 20 yaşlı basketbolçu mərkəz mövqeyində çıxış edir.

 

Sakenis ötən mövsüm NCAA-də ən yaxşı müdafiəçi seçilib. O, həmçinin NBA Yay Liqasında "Mayami Hit" formasını geyinib.