"Real" futbolçusu Endriki icarəyə göndərmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
"Kral klubu" braziliyalı hücumçunu oyun praktikasını artırması üçün başqa komandaya vermək niyyətindədir.
Endriklə Türkiyənin "Fənərbağça" klubu yaxından maraqlanır. Bir müddət öncə tərəflər arasında danışıqların başladığı bildirilib.
Braziliyalı futbolçu ötən mövsüm "Lion"da icarədə olub. O, Fransa klubunda 21 oyunda 8 qol vurub.