Argentina millisinin və "Marsel"in qapıçısı Xeronimo Rulli karyerasını İngiltərədə davam etdirəcək. Sport24.az xəbər verir ki, "Mançester Siti" təcrübəli qolkiperlə anlaşıb.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 34 yaşlı qapıçı bu gün tibbi müayinədən keçəcək.
Rulli ötən mövsüm "Marsel"lə Fransa çempionatında 29 oyuna çıxıb.
Qolkiper daha əvvəl 2016/17 mövsümündə "Mançester Siti"də forma geyinib. O, bundan başqa "Vilyarreal", "Ayaks", "Real Sosyedad" kimi klublarda da çıxış edib.