"Benfika"nın 20 yaşlı argentinalı cinah oyunçusu Canluka Prestianniyə PSJ və "Bavariya"nın maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Portuqaliya klubu futbolçu üçün 100 milyon avro tələb edir.

 

Bir müddət əvvəl "Çelsi", "Mançester Yunayted", "Tottenhem", "Nyukasl" və "Brayton"un da argentinalı futbolçunun keçidində maraqlı olduğu bildirilirdi.

 

Qeyd edək ki, Prestianni cari mövsümdə "Benfika"nın heyətində 20 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.