Azərbaycanın qadın və kişilərdən ibarət çimərlik voleybolu yığmaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq. Sport24.az xəbər verir ki, FIVB reytinq xalları qazandıracaq yarış avqustun 11-dən 16-dək Türkiyənin Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq.

 

Turnirdə Azərbaycan baş məşqçi Atvars Vildenin rəhbərliyi altında qadın (Səbinə Əlizadə / Leyla Əliyeva) və kişi (Nəriman Bayramlı / Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.