"Beşiktaş" "Yuventus"un keçmiş hücumçusu Duşan Vlahoviçə təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

İstanbul klubu serb futbolçuya illik 8 milyon avro maaşla 2029-cu ilə qədər müqavilə təklif edib. "Beşiktaş" həmçinin Vlahoviçə transfer bonusu ödəməyə hazırdır.

 

Mənbənin sözlərinə görə, "qara qartalların" baş məşqçisi Vinçenzo İtalyano serb hücumçunun transferində maraqlıdır.

 

Qeyd edək ki, Vlahoviç Turin klubunda 4 ildən çox oynayıb. "Qoca sinyora" 2022-ci ildə onu "Fiorentina"dan 85,4 milyon avroya transfer edib. Vlahoviç ötən mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.