"Atletiko" "Lill"in belçikalı hücumçusu Matias Fernandes-Pardo üçün ilk rəsmi addımı atıb. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Madrid təmsilçisi 21 yaşlı futbolçuya bonuslarla birlikdə 35 milyon avro dəyərində təklif göndərib. "Lill" rəhbərliyi isə təklifi hələlik qəbul etməyib və daha yüksək məbləğ gözləyir.
Fransa klubunun prezidenti Olivye Letanq daha əvvəl Fernandes-Pardonun 2029-cu ilə qədər müqaviləsinin olduğunu və onun ayrılmasını istəmədiklərini açıqlamışdı.
Bununla belə, "Atletiko"nun təklifindən sonra vəziyyət dəyişə bilər. İngiltərə klubları da futbolçu ilə maraqlanır və yaxın günlərdə transfer yarışına qoşula bilərlər.