"Gəncə" klubu basketbolçusu İslam Rzayevlə müqavilə müddətini artırıb. Sport24.az xəbər verir ki, bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Gəncə basketbol məktəbinin yetirməsi olan 24 yaşlı hücumçu ilə 2026/2027 mövsümünün sonuna kimi müqavilə bağlanıb.