"Monako"nun və ABŞ millisinin hücumçusu Folarin Baloqun karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az "The Sun"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "Tottenhem"ə təklif olunub.
Məlumata görə, Baloqunun nümayəndələri vasitəçilər vasitəsilə London klubuna müraciət ediblər. "Tottenhem"in baş məşqçisi Roberto De Zerbi hücum xəttində Dominik Solankeyə rəqabət yaradacaq və heyətin dərinliyini artıracaq forvard axtarışındadır.
Baloqun 2023-cü ildə "Arsenal"dan "Monako"ya transfer olunub.
Bildirilir ki, futbolçunun Fransa klubundakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik onun transferini mümkün edir. "Monako" münasib qiymətə satışa razı olacağı təqdirdə, "Tottenhem" bu keçidi ciddi şəkildə dəyərləndirə bilər.
Qeyd edək ki, Baloqun ötən mövsüm "Monako"nun heyətində bütün turnirlərdə 49 oyun keçirib, 19 qol vurub və 4 məhsuldar ötürmə edib.