Azərbaycanın "Neftçi SOCAR" 3x3 basketbol komandası FIBA 3x3 Qadın Seriyasının Tokio mərhələsində mübarizəni dayandırıb. Sport24.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda Çinin "Beijing" komandası ilə qarşılaşıb.

 

Gərgin keçən görüş rəqibin 20:17 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra "Neftçi SOCAR" yarımfinala vəsiqə qazana bilməyib.

 

Komandamız qrup mərhələsində ABŞ yığmasını 18:13 hesabı ilə məğlub edib.