"Volfsburq"un və Yunanıstan millisinin mərkəz müdafiəçisi Konstantinos Kulierakis "Roma"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Transfermarkt"ın portalı 22 yaşlı futbolçunun Roma klubu ilə 2031-ci ilə qədər müqavilə bağladığını və transferin italyanlara 16,5 milyon avroya başa gəldiyini bildirib.
Qeyd edək ki, Kulierakis ötən mövsüm Bundesliqada 29 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. "Volfsburq" 2025/26 mövsümünün sonunda 2-ci Bundesliqaya düşüb.