"Benfika"nın mərkəz müdafiəçisi Antonio Silva karyerasını "Bornmut"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Mediada yayılan xəbərlərə görə, "albalılar" 22 yaşlı portuqaliyalı üçün 25 milyon avro ödəyib və onunla 2031-ci ilə qədər müqavilə imzalayıb.
2026-cı ildə Silva Portuqaliya millisində iki yoldaşlıq oyununda iştirak etsə də, DÇ-2026 aparılmamışdı.
Qeyd edək ki, Silva 2025/26 mövsümündə "Benfika"nın heyətində bütün turnirlərdə 41 oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.