Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatı və 2026-cı il Festivalına maraq olduqca böyükdür. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, FIFA-ya üzv olan 115 milli assosiasiya turnirdə iştirak etmək üçün Azərbaycana gəlməyə razılıq verib.
Bu göstərici yarışa beynəlxalq marağın yüksək olduğunu bir daha nümayiş etdirir. Yaxın günlərdə iştirakçı ölkələrin tam siyahısının açıqlanacağı gözlənilir.
Qeyd edək ki, U-15 futbolçular arasında ilk dünya çempionatı və 2026-cı il Festivalı bu il oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Oyunların hamısı Bakıda təşkil olunacaq.
Xatırladaq ki, FIFA 2025-ci ilin dekabrında U-15 yaş qrupunda dünya çempionatının təsis olunması barədə qərar qəbul etmişdi.