Mövsümlərarası hazırlıq çərçivəsində Honkonqda təşkil olunan yoxlama oyununda "İnter" və "Mançester Siti" qüvvələrini sınayıb. Sport24.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas vaxtı bərabərliklə başa çatıb (1:1).

 

Matçda hesabı 14-cü dəqiqədə "şəhərlilər"in hücumçusu Divin Mubama açıb. "Qara-mavilər" bu qola 20-ci dəqiqədə Benjamen Pavarın dəqiq zərbəsi ilə cavab verib. Oyunun qalan dəqiqələrində tərəflər fərqlənə bilməyiblər.

 

Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında isə İtaliya çempionu daha dəqiq oynayıb (3:1).

 

Qeyd edək ki, bu, Enzo Mareskanın "Mançester Siti"nin sükanı arxasında keçirdiyi ilk matç idi.