Meksika çempionatında növbəti matçlar keçirilib. Sport24.az xəbər verir ki, "Pumas" səfərdə "Xuares"in qonağı olub.
"Estadio Olimpiko Benito Xuares"də baş tutan qarşılaşma qonaqların 5:1 hesablı darmadağını ilə başa çatıb.
Görüşün qəhrəmanı "Qarabağ"ın keçmiş hücumçusu, hazırda "Pumas"da çıxış edən Juninyo olub. 18-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açan braziliyalı cəmi 4 dəqiqə sonra özünün və komandasının ikinci qolunu vurub. 40-cı dəqiqədə Robert Morales fərqi üçə çıxarıb. Meydan sahibləri ilk hissəyə əlavə olunmuş dəqiqələrdə Xose Luis Rodrigesin qolu ilə ümidlənsələr də, fasilədən sonra bu ümidlər puç olub.
48-ci dəqiqədə hett-rikini tamamlayan Juninyo hesabı 4:1 edib. Qarşılaşmada son nöqtəni isə 83-cü dəqiqədə Gilyermo Martines qoyub.