"Çelsi" və "Mançester Siti"  İsveçrə təmsilçisi"Sirius"un hücumçusu Robbi Yuru "rənglərinə bağlamaq" üçün danışıqlara başlayıblar. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" portalı məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, "Arsenal", "Nyukasl" və "Tottenhem" də 22 yaşlı hücumçuya maraq göstərir. Ancaq futbolçunun transferində"Çelsi" və "Mançester Siti" favorit göstərilir.

 

Qeyd edək ki, Yur 2025/26 mövsümündə bütün turnirlərdə 19 oyun keçirib, 20 qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin sonuna qədərdir.