Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi bu gün Rumıniyanın Tulça şəhərində keçirilən FIBA U-18 Qadınlararası Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız Portuqaliya yığması ilə qarşılaşacaq.

 

Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, millimiz turnirdə keçirdiyi ilk oyunda ev sahibi Rumıniyaya 55:81 hesabı ilə məğlub olub.