Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi bu gün Xorvatiyanın Opatija şəhərində keçirilən FIBA U-18 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığmamız 9-16-cı yerlər uğrunda Monteneqro millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsində keçirdiyi beş oyunda iki qələbə qazanıb, üç dəfə məğlub olub. Yığmamız Polşa, İslandiya və Çexiya millilərinə uduzub, Ukrayna və Portuqaliya seçmələri üzərində isə qələbə qazanıb.