"Gəncə" kapitanı Carvis Qarretlə müqaviləni yeniləyib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı basketbolçu ilə anlaşma növbəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, amerikalı basketbolçu ötən mövsüm Azərbaycan Kubokunun final qarşılaşmasında ən dəyərli oyunçu (MVP) seçilib.