"Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruynenin son açıqlamaları klub daxilində narazılığa səbəb olub. Sport24.az xəbər verir ki, Belçika millisinin düşərgəsində danışan təcrübəli futbolçu keçmiş baş məşqçi Antonio Kontenin oyun üslubunu tənqid edib.
De Bruyne bildirib ki, Kontenin futbol baxışı onun oyun tərzinə uyğun gəlmirdi və mövqeyində çıxış etmək imkanı qazanmayıb. O, həmçinin Kontenin komandadan ayrılmasına sevindiyini gizlətməyib.
33 yaşlı futbolçu klub rəhbərliyinə də iradlarını çatdıraraq, mövsüm öncəsi verilən vədlərin yerinə yetirilmədiyini deyib. Müqaviləsinin başa çatmasına bir il qaldığını xatırladan De Bruyne gələcəyi ilə bağlı rəhbərliklə görüşmək istədiyini vurğulayıb.
"Napoli"nin idman direktoru Covanni Manna futbolçunun açıqlamalarından narazı qaldığını etiraf etsə də, məsələ ilə bağlı onunla danışacağını bildirib.
Komandanın kapitanı Covanni Di Lorenso isə hər hansı futbolçudan asılı olmamağın vacibliyini qeyd edib. Baş məşqçi Massimiliano Alleqri isə De Bruyne barədə danışarkən, "Texniki baxımdan kifayət qədər yaxşı futbolçudur. Gələcək və öz motivasiyasını göstərəcək" sözləri ilə kifayətlənib.