İtaliyanın "Roma" klubu "Feyenoord"un sağ cinah müdafiəçisi Givairo Ridin transferi üçün rəsmi təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.
Paytaxt təmsilçisi niderlandlı futbolçuya görə qarşı tərəfə 25 milyon avro təklif edib. Hazırda klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, İngiltərənin "Nottingem Forest" klubu da Givairo Ridi heyətinə qatmaq istəyir. Premyer Liqa təmsilçisinin iki təklifi "Feyenoord" tərəfindən geri çevrilsə də, klub futbolçunun transferindən əl çəkməyib.