İngiltərənin "Brentford" klubu "Lans"ın yarımmüdafiəçisi Mamadu Sanqarenin transferinə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Evening Standard" məlumat yayıb.

"Arılar" 24 yaşlı mali millisinin üzvünü Cordan Hendersonun gedişindən sonra heyətə cəlb etmək istəyir. Tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam edir və transferin baş tutacağına inam artır.

Məlumata görə, "Brentford" bu keçid üçün təxminən 45 milyon avro ödəməyə hazırdır. Razılaşma baş tutacağı halda, Sanqare klub tarixinin ən bahalı transferi olacaq.

Qeyd edək ki, Mamadu Sanqare ötən mövsüm "Lans"ın heyətində 33 oyunda meydana çıxaraq 3 qol vurub. Ona yay transfer pəncərəsində "Kristal Pelas" da maraq göstərir.