ÇSKA (Sofiya) klubunun və Bolqarıstan Futbol İttifaqının keçmiş prezidenti Valentin Mihov Avropa Liqasında II təsnifat mərhələsində bu gün keçiriləcək ÇSKA – "Qarabağ" oyunu barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, keçmiş funksioner ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

 

"Qarabağ" yaxşı komandadır, ancaq ÇSKA onları məğlub edə bilər. Bakıda da yaxşı oynadılar. Düşünürəm ki, 1-2 qol vurub, mərhələ keçmək mümkündür. Komandaya inanmalıyıq. Mütləq qələbə lazımdır".

 

ÇSKA – "Qarabağ" oyununa saat 22:00-da start veriləcək.