İtaliyanın "Yuventus" klubu Bosniya və Herseqovina millisinin gənc futbolçusu Kerim Alaybeqoviçin transferini yekunlaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Turin təmsilçisi futbolçunun keçidi üçün "Bayer Leverkuzen" klubuna 35 milyon avro ödəyəcək.
Bosniya və Herseqovina yığmasının 2026-cı il dünya çempionatındakı ən parlaq çıxış edən oyunçularından biri olan Alaybeqoviç karyerasını A Seriyasında davam etdirəcək. Tərəflər arasında razılıq tam əldə olunub və futbolçu yaxın günlərdə "Yuventus"a qoşulacaq.