Fransanın PSJ klubu "Monako"nun yarımmüdafiəçisi Maanes Akliuşun transferini başa çatdırmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Paris təmsilçisi ilə "Monako" arasında təxminən 50 milyon avro dəyərində transfer haqqı ilə bağlı prinsipial razılıq əldə edilib.
Hazırda yalnız son detallar müzakirə olunur. Tərəflər yaxın vaxtlarda razılaşmanın tam yekunlaşacağına və Akliuşun PSJ-yə keçidinin rəsmiləşəcəyinə nikbin yanaşır.