Bu gün Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Slovakiyanın Bratislava şəhərində keçirilən FIBA U-20 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığmamız 9-10-cu yerlər uğrunda Bosniya və Herseqovina millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi FIBA U-20 Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda mübarizədə İsveçrə yığmasını 72:66 hesabı ilə məğlub edib.