Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi FIBA U-20 Avropa çempionatının B divizionunda növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, A qrupunda yer alan komanda ikinci turda yarışın ev sahibi Slovakiya yığması ilə qarşılaşacaq.

 

Millimiz turnirin ilk oyununda İsveçlə üz-üzə gəlib. Görüş skandinaviyalıların 85:58 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, Slovakiya ilə oyundan sonra millimizin növbəti rəqibi İrlandiya olacaq. Qarşılaşma iyulun 14-də keçiriləcək.