Azərbaycanın 20 yaşadək qızlardan ibarət basketbol millisi FIBA Avropa çempionatının B divizionunda çıxışını başa vurub. Sport24.az xəbər verir ki, komandamız turnirdəki son qarşılaşmasında İsveçrə ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyun rəqibin 63:56 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Azərbaycan millisi debüt etdiyi Avropa çempionatını 11-ci pillədə tamamlayıb.

 

Yığmamız yarış ərzində üç qələbə qazanıb. Komandamız Albaniyanı 88:60, Bosniya və Herseqovinanı 75:71, Rumıniyanı isə 64:50 hesabı ilə məğlub edib.

 

Beləliklə, U-20 qız millimiz ilk iştirakında üç qələbə qazanaraq beynəlxalq səviyyədə dəyərli təcrübə toplayıb.