"Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso klub haqqında təəssüratlarını bölüşüb və mövsümöncəsi hazırlıqlardan danışıb. Sport24.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən ispan mütəxəssis uğurlu nəticələrə inandığını dilə gətirib:
"Klub ən yüksək səviyyədədidr. Struktur əladır. Amma ürəyimizi, məqsədimizi, zəhmətimizi, müsbət enerjimizi sərf etməliyik ki, xoş bir iş ortaya çıxsın və bunun üçün bütün lazımi inqrediyentlərə sahibik. Münasibətlər qurmağa başlayacam, çünki hər şey insan münasibətləri ilə bağlıdır. Özünüzü yaxşı hiss etdiyiniz zaman adətən yaxşı işləyirsiniz.
Oyunçuların keyfiyyətlərini bilirəm, amma indi ortaq bir vizyonu, nail olmaq istədiyimiz şeyə dair ortaq bir inancı paylaşmalıyıq. İş prosesində daha çox bunu bəyənirəm. Onlarla yaratmaq istədiyim budur ki, qarşılaşdığımız bütün yarışlarda necə yarışa biləcəyimizə dair bu həvəsi hiss etsinlər. Əmin olduğum odur ki, "Çelsi" ilə uğur qazanmaq mümkündür".
Qeyd edək ki, "Çelsi" onun 4 illik müqavilə imzalayıb.