İtaliya millisinin keçmiş hücumçusu və 1993-cü il "Qızıl top" mükafatçısı Roberto Baccio sosial media hesabında Argentina millisinin kapitanı Lionel Messi ilə birlikdə çəkilmiş şəklini paylaşıb. Sport24.az xəbər verir ki, Messi formasını italiyalı əfsanəvi futbolçuya hədiyyə edib.
Baccio social şəbəkə hesabında belə yazıb: "Leo, qiymətli hədiyyən və qayğın üçün təşəkkür edirəm. Səni sevirəm, dostum".
İtaliya millisinin keçmiş oyunçusu DÇ-2026-nın 1/4 final mərhələsinin Argentina - İsveçrə(3:1)görüşündən sonra Messi ilə birlikdə çəkilmiş şəklini paylaşıb.
"Albiseleste" iyulun 15-də yarımfinalda Fransa ilə oynayacaq. Matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.