"Yuventus" Fil Dişi Sahili millisinin yarımmüdafiəçisi Frank Kessiyenin nümayəndələri ilə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Gianlucadimarzio. com" portalı məlumat yayıb.

 

Turin təmsilçisi heyətini azad agentlə gücləndirməyə ümid edir. "Yuventus" Kessiye ilə yanaşı, Leon Qoretzkanın da transferində maraqlıdır. 

 

Qeyd edək ki, 29 yaşlı Kessiye ötən mövsümü "Əl Əhli"də keçirib. Karyerası ərzində "Barselona", "Milan" və "Atalanta"nın formasını geyinən futbolçu DÇ-2026-da Fil Dişi Sahili millisində dörd oyun keçirib və bir qol vurub.