Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Milana Rəhimova klubunu dəyişib. Sport24.az xəbər verir ki, 22 yaşlı müdafiəçi Latviya təmsilçisi "Riqa" ilə anlaşıb.
Bu barədə Latviya klubu sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Rəhimova ötən mövsüm Şimali Makedoniyanın "Ljuboten" klubunda çıxış edib. Ona qədər isə Türkiyədə "Ünyespor"un formasını geyinib.