Yaxın günlərdə "Sumqayıt"da daha bir ayrılıq yaşana bilər. Bu barədə Sport-24.az-a kluba yaxın mənbədən məlumat daxil olub.

 

"Kimyaçılar" yarımmüdafiəçi Murata Masaki ilə yolları ayırmağı düşünür. Yapon futbolçu ötən mövsüm etimadı doğrultmadığı üçün rəhbərlik onunla vidalaşmaq istəyir. Oyunçuya özünə yeni klub tapmaq tapşırılıb.

 

Qeyd edək ki, Murata ötən mövsüm "gənclik şəhəri" təmsilçisinin heyətində Premyer Liqada 80 oyuna çıxıb, cəmi 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.