"Əl-Hilal" "Barselona"nın hücumçusu Rafinya Diasın transferində israrlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 29 yaşlı braziliyalı Səudiyyə Ərəbistanı klubunun əsas seçimidir. "Əl-Hilal" bu transfer üçün 80 milyon avro ödəməyə hazırdır. Futbolçunun özünə isə "Barselona"ada aldığından 4 dəfə artıq maaş təklif olunub.
Qeyd edək ki, Rafinyanın İspaniya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.