"Milan" Edersonla bağlı "Atalanta" ilə danışıqlara başlamağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
"Rossonerilər" həmçinin oyunçunun agenti ilə potensial müqavilənin təfərrüatlarını müzakirə ediblər.
Cümə günü Edersonun "Mançester Yunayted"ə transferi oyunçunun tibbi müayinəsindən sonra baş tutmadığı açıqlanıb. "Qırmızı şeytanlar" əvvəllər yarımmüdafiəçini 45 milyon avroya transfer etməyə razılaşmışdılar.
Edersonun "Atalanta" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Brazliiyalı ildə 1,8 milyon avro maaş alır.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm "Atalanta"nın heyətində bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.