Seneqal Futbol Federasiyası (FSF) milli komandanın baş məşqçisi Pap Tiavanın və məşqçi korpusunu istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat idməti məlumat yayıb.

 

Bu qərara millinin DÇ-2026-da uğursuzluğu səbəb olub. Sietlda keçirilən 1/16 final matçında Seneqal yığması Belçikaya gözlənilməz məğlubiyyətlə üzləşib. Tiavanın komandası 2-0 hesabı ilə irəlidə olsa da, əsas vaxtın bitməsinə az qalmış rəqibinə hesabı bərabərləşdirməyə imkan verib. 120+5-ci dəqiqədə isə Belçika qələbə qolunu vurub. 

 

Qeyd edək ki, Tiavanın işdən çıxarılması ilə bağlı qərar FSF-nin İcraiyyə Komitəsinin iclasında qəbul edilib. 45 yaşlı məşqçi 2024-cü ilin oktyabrından Seneqal millisinə rəhbərlik edirdi.