"Mançester Yunayted" "San Lorenso" və Paraqvay millisinin qapıçısı Orlando Hili transfer edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Manchester Evening News" qəzeti məlumat yayıb.

 

"Qırmızı şeytanlar" Senne Lammenslə rəqabət apara biləcək qapıçı ilə müqavilə imzalamaqda maraqlıdır. 26 yaşlı paraqvaylı qolkiper isə bu plana uyğun gəlir.

 

Qeyd edək ki, Hilin müqaviləsinin 5,2 milyon funt sterlinqlik sərbəst qalma maddəsi var ki, ingilislər bundan yararlanmağı düşünür. Emiliano Martinesin mümkün gedişi fonunda "Aston Villa" da qapıçı ilə müqavilə imzalamaqda maraqlıdır.