"Barselona" 18 yaşlı Cessi Bisivunun transferi üçün "Brugge" ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Saşa Tavoleri məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, Kataloniya klubu bu tranaferin üzərində bir neçə ay çalışıb. Bu keçiddə "Barselona"nın idman direktoru Deko danışıqlarda əsas rol oynayıb. Belçika klubu katalonların ilk təklifini geri çevirsə də, sonda ortaq məxrəcə gəlmək mümkün olub. 

 

Müqavilənin maliyyə şərtlərinə oyunçunun inkişafına və böyük komandadakı çıxışlarına əsaslanan bonuslar daxildir. "Brugge" həmçinin gənc futbolçunun gələcək satışından da faiz əldə edəcək. 

 

Sürəti və sol cinahda rəqiblərini təkbətək mübarizədə məğlub etmək bacarığı ilə seçilən 18 yaşlı Bisivunun mövsümöncəsi hazırlıq prosesində "Barselona"nın böyük komandası ilə məşq edəcəyi gözlənilir.