Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin sonuncu oyunu keçirilib. Sport24.az xəbər verir ki, Argentina millisi İsveçrə ilə qarşılaşıb.
Kanzasda baş tutan görüşdə hesab erkən açılıb. Aleksis Makallister 10-cu dəqiqədə cənubi amerikalıları hesabda önə çıxarıb. 67-ci dəqiqədə isə Avropa təmsilçisi hesabı bərabərləşdirib. Dan Ndoye adını tabloya yazdırıb. Əsas vaxtda daha qol olmadığından qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib. Burda isə səhnəyə Xulian Alvares çıxıb. O, 112-ci dəqiqədə komandasını hesabda önə çıxardı. Matçda son nöqtəni isə Lautaro Martines qoyub.
DÇ-2026
1/4 final mərhələsi
Argentina - İsveçrə 3:1 (1:0)
Qollar: Aleksis Makallister, 10. Xulian Alvares, 112. Lautaro Martines, 120+1 - Dan Ndoye, 67