"Qarabağ"dan ayrılan Sami Mmaenin karyerasını davam etdirəcəyi komanda müəyyənləşib. Sport24.az xəbər verir ki, Kiprin "Pafos" klubu mərakeşli müdafiəçinin transferini rəsmən açıqlayıb.

Beləliklə, Mmae yeni mövsümdən etibarən Kipr çempionunun formasını geyinəcək. Maraqlıdır ki, bu komandada "Neftçi"nin sabiq futbolçusu Murad Məmmədov da çıxış edir.

Qeyd edək ki, Sami Mmae 2025-ci ilin yayında "Qarabağ"a transfer olunmuşdu.