"Mançester Siti"nin və İspaniya millisinin üzvü Rodri klub sahibi ola bilər. Sport24.az xəbər verir ki, Rodriyə sayca 4-cü liqada yarışan(Sequnda RFEF) "Real Avilya"nın səhmdarı olmaq təklif edilib.
Avilya təmsilçisinin rəhbərliyi klubun səhmdarının böyük hissəsini Rodriyə satmağa hazırdır. "Real Avilya" 1932-ci ildə yaradılıb.
Qeyd edək ki, Rodri özü "Vilyarreal", "Atletiko"(Madrid) klublarında oynayıb və 2019-cu ildə "Mançester Siti"yə keçib.