"Everton"un sabiq müdafiəçisi Şeymus Koulman karyerasını "Şeffild Yunayted"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sheffield Star" nəşri məlumat yayıb.

 

Bildirilir ki, "Şeffild Yunayted" azad agent statusunda olan 36 yaşlı futbolçu ilə mümkün transferi müzakirə edib. Lakin irlandiyalı müdafiəçi hələlik gələcəyi ilə bağlı yekun qərar verməyib.

 

Qeyd olunur ki, Koulman peşəkar karyerasını başa vuraraq "Everton"a qayıda və klubun məşqçilər korpusunda fəaliyyətə başlaya bilər.


Xatırladaq ki, Şeymus Koulman futbol karyerasına İrlandiyanın "Slayqo Rovers" klubunda başlayıb. O, 2009-2026-cı illərdə "Everton"un formasını geyinib. Təcrübəli müdafiəçi Liverpul təmsilçisinin heyətində keçirdiyi 435 oyunda 28 qol vurub və 29 məhsuldar ötürmə ilə yadda qalıb.