"Neftçi"nin və Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyev "ağ-qaralar"dan ayrılıb. Sport24.az xəbər verir ki, əslən gəncəli basketbolçu bu barədə sosial şəbəkə hesaında paylaşım edib:

 

"Neft qoxulu Bakının gözəl "Neftçi"si…
Hər gözəl hekayənin bir sonu olduğu kimi, mənim də "Neftçi" ilə yolumun sonuna gəlib çatdıq. Haqqını verərək şərəflə daşıdığım bu formanı iki mövsümün ardından böyük qürur və minnətdarlıq hissi ilə təhvil verirəm.

 

Bu iki il ərzində birlikdə sevindik, çətin günlərdən keçdik, unudulmaz xatirələr topladıq və ömürlük dostluqlar qazandıq. Bu ailənin bir parçası olmaq mənim üçün hər zaman qürur mənbəyi olacaq.

Başda "Neftçi" rəhbərliyi olmaqla, birlikdə çalışdığım bütün komanda yoldaşlarıma, məşqçilərimizə, klub əməkdaşlarına və hər oyunda bizi tək qoymayan böyük "Neftçi" azarkeşlərinə sonsuz təşəkkürümü bildirirəm. Dəstəyiniz, inamınız və sevginiz mənim üçün hər zaman çox dəyərli oldu.

 

"Neftçi2 mənim üçün sadəcə bir klub deyil, həyatımın ən dəyərli xatirələrinin yazıldığı xüsusi bir ünvandır. Bu klubun mənim qəlbimdə yeri həmişə ayrı olacaq".
Sağ ol, Neftçim. Hər şey üçün təşəkkürlər. Əlvida!