20 yaşadək qadınlardan ibarət Azərbaycan milli basketbol komandası hazırda Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa Çempionatının B divizionunda növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Azərbaycan komandası 9-14-cü yerlər uğrunda oyunda Ukrayna komandasına 58:79 hesabı ilə məğlub olub.

 

Millimiz sabah 9–14-ci yerlər uğrunda Bosniya və Herseqovina ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Azərbaycan komandası qrup mərhələsində A qrupunda İrlandiyaya (81:93) və Yunanıstana (63:79) məğlub olub, Albaniyaya (88:60) qalib gəlib.