Xorvatiya Futbol Federasiyası milli komandanın baş məşqçisi Zlatko Daliçlə bağlı qərar verib. Sport24.az xəbər verir ki, 59 yaşlı mütəxəssislə yollar ayrılıb.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.
Qeyd edək ki, Zlatko Daliç 2017-ci ilin oktyabrından Xorvatiya yığmasını çalışdırırdı. "Damalılar" onun rəhbərlliyi altında DÇ-2018-də gümüş, DÇ-2022-də isə bürünc medal qazanıblar. Komanda hazırda davam edən dünya çempionatında isə 1/16 final mərhələsində Portuqaliyaya uduzub.