"Fiorentina" "Yuventus"un müdafiəçisi Joao Mario ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.

 

"Fiorentina" oyunçu üçün 9 milyon avro təklif edir, Turin klubu isə 12-13 milyon avro istəyir.

 

Joao Marionun "Yuventus"un baş məşqçisi Luciano Spallettinin planlarına daxil olmadığı və bu "transfer pəncərəsin"də klubdan ayrılacağı bildirilir.

 

Qeyd edək ki, "bənövşəyilər" Marionu ötən yay "Porto"dan 12,6 milyon avroya alıb. O, "Yuventus"un heyətində bütün turnirlərdə 13 oyuna çıxıb (1 məhsuldar ötürmə edib) və yanvar ayında "Bolonya"ya icarəyə verilib. O, icarə əsasında formasını geyindiyi komandada 13 oyuna çıxıb və 2 qol vurub.