"İnter" "Latsio"nun qapıçısı İvan Provedeli "rənglərinə bağlayacaq". Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
"Nerazzurri" qapıçıya görə qarşı tərəfə 3 milyon avro ödəyəcək və onunla 2029-cu ilə qədər müqavilə imzalayacaq. Sözləşməyə əsasən, Provedelinin maaşı mövsüm başına 1,5 milyon avro olacaq.
32 yaşlı qapıçı ciddi çiyin zədəsi səbəbindən martdan sıradan çıxdığı üçün ötən mövsümün sonunu buraxıb. Onun yoxluğunda 21 yaşlı Eduardo Motta "Roma"nın start heyətində əsas oyunçu kimi meydana çıxıb.
Qeyd edək ki, İvan Provedeli 2022-ci ilin yayından "Latsio"da çıxış edir. O, klubun heyətində bütün turnirlərdə 146 oyun keçirib və 53 dəfə qapısını toxunulmaz saxlayıb.