"Beşiktaş" növbəti transferini həyata keçirib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin üzvü Salih Özcanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları hələ ki açıqlanmayıb.
Qeyd edək ki, o, son olaraq "Borussiya"da(Dortmund) oynamışdı.